Azərbaycan milli komandası Gürcüstana qarşı - Dünya çempionatı

Azərbaycan milli komandası Gürcüstana qarşı - Dünya çempionatı

Bakıda təşkil olunan Para-cüdo üzrə Dünya çempionatında bu gün komanda yarışlarına start veriləcək.

mediasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması startda Gürcüstanla qarşılaşacaq.

Qalib komanda 1/4 finalda Özbəkistan yığması ilə görüşəcək. Kişilərin yarışında ümumilikdə 11 komanda iştirak edəcək.

İdmançılarımız DÇ-nin fərdi yarışlarında bir gümüş və üç bürünc medal qazanıblar.