Azərbaycanın 2 cüdoçusu qızıl medal qazanıb, digəri ikinci olub
Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş medal qazanıblar.
Mediasport.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan 9 idmançımızdan Hidayət Heydərov və Zelim Tçkayev birinci, Ömər Rəcəbli isə ikinci olub.
73 kq çəkidə yarışan Heydərov finalda Abubakr Şeronu (Tacikistan) məğlub edib.
81 kq çəkidə mübarizənin finalı isə iki Azərbaycan cüdoçusu arasında baş tutub. Ömər Rəcəbliyə qalib gələn Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Rəşid Məmmədəliyev (73 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) uğursuz çıxış edərək medalsız qalıb.
Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medala yiyələniblər.
Ölkəmiz yarışda 32 cüdoçu ilə təmsil olunur. Qalan 8 idmançımız sabah yarışacaq.