Azərbaycan yığması Zaqrebdəki Avropa Kubokunda 1-ci yeri tutdu

Azərbaycan yığması Zaqrebdəki Avropa Kubokunda 1-ci yeri tutdu

Cüdoçularımız Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa Kuboku turnirində medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, 11-12 mart tarixlərində baş tutmuş yeniyetmələrin Avropa Kuboku yarışında Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Ölkəmiz yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub. Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər. 

Yarışın ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brjuşinskini məğlub edərək qızıl medal qazanıb. -81 kq. çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb.

+90 kq. çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub. -81 kq. çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.