Ölkəmizi Qazaxıstanda 17 cüdoçu təmsil edəcək - "Böyük dəbilqə"
Qazaxıstanın paytaxtı Astanada keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, yığma komandamız yarışda 4-ü qadın olmaqla 17 cüdoçu ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikis 66 kq), Теlman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zəlim Tskayev (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokuari, Camal Həmzətxanov (hər ikisi +100 kq), qadınlarda isə Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaq.
İyunun 16-dan 18-dək davam edəcək turnirdə 43 ölkədən 313 (175 kişi, 138 qadın) cüdoçu mübarizə aparacaq.