Azərbaycan yığması iki pillə gerilədi - FİFA-nın dünya reytinqi
FİFA milli komandaların yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi iki pillə geriləyib.
Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız 1173,15 xalla 113-cü pilləyə düşüb.
Buna komandamızın sentyabrda UEFA Millətlər Liqasında İsveç (1:3) və Slovakiya (0:2) məğlubiyyətləri səbəb olub.
Reytinq cədvəlinə 1889,02 xalla Argentina başçılıq edir.
Fransa 1851,92 xalla ikinci, İspaniya 1836,42 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan keçmiş SSRİ ölkələrinin reytinqində 15 ölkə arasında isə 10-cu yeri tutur:
24. Ukrayna (+1)
34. Rusiya (-1)
60. Özbəkistan (+1)
66. Gürcüstan (+4)
96. Ermənistan (+1)
97. Belarus (+2)
103. Tacikistan (dəyişiklik yoxdur)
106. Qırğızıstan (-4)
109. Qazaxıstan (dəyişiklik yoxdur)
113. Azərbaycan (-2)
122. Estoniya (+1)
137. Latviya (dəyişiklik yoxdur)
139. Litva (-4)
142. Türkmənistan (+2)
149. Moldova (+3)