Renat Dadaşov komandasını məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Türkiyə Superliqasında 19-cu turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Rizəspor"la qarşılaşıb.
İkinci hissədə meydana daxil olan 25 yaşlı forvard Volkan Dəmirəlin komandasını məğlubiyyətdən xilas edə bilməyib - 0:2.
Hatay təmsilçisi 19 turdan sonra 19 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.