Rumıniya ilə bərabərə qalan millimiz qrup sonuncusu oldu

Rumıniya ilə bərabərə qalan millimiz qrup sonuncusu oldu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının (AVRO-2025) seçmə mərhələsində son görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv 3-cü tur çərçivəsində Rumıniya yığması ilə qarşılaşıb.

Rumıniyanın Buftya şəhərində təşkil olunan matç 1:1 hesabı ilə yekunlaşıb, seçməmizin heyətində 82-ci dəqiqədə Əlibəy Mahmudov fərqlənib.

Komandamız mərhələni 1 xalla sonuncu pillədə başa vurub.

Xatırladaq ki, U-17 qrupda daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabları ilə uduzmuşdu.