Bəxtiyarın komandası Girəsun səfərində - Türkiyə 1-ci Liqası
Türkiyə 1-ci Liqasında 29-cu tura bu gün yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" səfər "Girəsunspor"la qarşılaşacaq.
Buna qədər keçirilən oyunlarda Coşqun Diniyevin komandası "Ümraniyəspor" "Şanlıurfaspor"a (0:1), Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" "Sakaryaspor"a (0:2) uduzub, Ramil Şeydayevli "Kocelispor" "Çorum Bələdiyyəspor"la heç-heçə edib (1:1).
Tükiyə 1-ci Liqası. 29-cu tur
8 aprel
"Girəsunspor - "Tuzlaspor"
"Göztəpə - "BB Ərzurumspor"