Azərbaycanın Serbiya ilə oyununu fransalı hakimlər idarə edəcəklər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə qarşılaşacaq.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim vəzifəsini Bastyen Deşepi icra edəcək. Aleksis Oje və Parin Le Telye ona köməklik göstərəcək. Matçın dördüncü hakimi Floren Batta olacaq.
Azərbaycan - Serbiya oyunu 10 sentyabr, 19:00-da "Dalğa Arena"da keçiriləcək.