Şahruddinin komandası evdə lider "Qalatasaray"dan xal ala biləcək?
Bu gün futbol üzrə Türkiyə Superliqasında 34-cü tura start veriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" açılış oyununda lider "Qalatasaray"ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Komandalar arasında mövsümün ilk matçı İstanbul nəhənginin 3:1 hesablı qələbəsilə yekunlaşıb.
"Qalatasaray" hazırda 90 xalla turnir cədvəlinin birincisidir, Adana təmsilçisi 41 xalla 11-ci pillədə qərarlaşıb.