Mahir Emreli Türkiyə Superliqasında bu klubda oynayacaq

Mahir Emreli Türkiyə Superliqasında bu klubda oynayacaq

2026-cı ilə qədər "Dinamo" ilə müqaviləsi olan Mahir Emreli mövsümün qalan hissəsini Türkiyədə keçirəcək.

mediasport.az xəbər verir ki, Xorvatiya mətbuatı Zaqreb klubunun forvardının Superliqa təmsilçisi "Antalyaspor"a keçəcəyini iddia edir.

"Dinamo"ya bu ilin fevralında Polşa "Legiya"sından transfer edilən millimizin 25 yaşlı futbolçusu cari mövsüm liqada 3, ümumilikdə 20 oyuna 5 qol vurub.