Azərbaycan idmançıları İsveçrədə AÇ-də mübarizəyə başlayırlar

Azərbaycan idmançıları İsveçrədə AÇ-də mübarizəyə başlayırlar

İsveçrənin Bazel şəhərində qılıncoynatma üzrə Avropa çempionatı start götürüb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması yarışda 4 idmançı ilə təmsil olunacaq.

Qadın sablyaçıların turnirində Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaq.

Ruslan Həsənov isə kişilərin şpaqa yarışında qüvvəsini sınayacaq.

Təmsilçilərimiz bu gün təsnifat mərhələsində çıxış edəcəklər, 1 gün sonra 1/4 final, yarımfinal və finallar baş tutacaq.

Qadınlardan ibarət yığmamız iyunun 22-də komanda yarışlarında şansını yoxlayacaq.