Azərbaycan yığması Dünya Kubokunun finalında İrana uduzdu
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku başa çatıb.
mediasport.az xəbər verir ki, qızıl medal uğrunda matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.
Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün rəqib çempion adını qazanıb.
Yunan-Roma güləşi. Dünya Kuboku. Final
Azərbaycan - İran 5:5
55 kq
Eldəniz Əzizli - Poya Marz 4:1
60 kq
Nihad Məmmədli - Mohsen Nejad 4:5
63 kq
Taleh Məmmədov - İman Hüseyn Mohammedi 0:8
67 kq
Həsrət Cəfərov - Danial Söhrabi 5:1
72 kq
Ülvi Qənizadə - Mohammedeza Rustami 4:3
77 kq
Sənan Süleymanov - Arif Həbibullahi 7:1
82 kq
Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi 5:1
87 kq
Murad Əhmədiyev - Abulfəz Ali Çubani 1:2
97 kq
Arif Niftullayev - Mehdi Balihamzede 2:5
130 kq
Beka Kandelaki - Aliakbar Yusifahmedcali 3:6