Veteran güləşçimiz Dünya çempionatında gümüş medal qazandı

Veteran güləşçimiz Dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın veteran güləşçisi Elgiz Məmmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

MediaSport.az xəbər verir ki, yunan-Roma növündə 88 kq çəkidə mübarizə aparna idmançımız "A" kateqoriyasında ikinci yeri tutub.

1/4 finalda türkiyəli Aytac Dəmirə “tuş”la qalib gələn Məmmədov yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) uduzan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.