Milli komandamız İtaliyaya yollandı

  Milli komandamız İtaliyaya yollandı

Karate üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandası İtaliyanın Venesiya şəhərində keçiriləcək 13-cü dünya çempionatında iştirak etmək üçün yola düşüb.

Mediasport.az xəbər verir ki, yığmamız dünya çempionatında 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq. 

Dünya çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Onlar Azərbaycan Karate Federasiyasının (AKF) sədri Cahangir Babayev, eləcə də  14 və 17 yaşlı idmançılardan ibarət kata üzrə yığmanın baş məşqçisi Vüqar Kərimovdur.

Yığmamız yarışa AKF-nin baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.