Azərbaycan yığması ilə oyundan sonra jurnalistlə dava etdi
Futbol üzrə AÇ-2024-ün seçmə qrup mərhələsinin İsveç - Azərbaycan (5:0) görüşündən sonra qalmaqal yaşanıb.
mediasport.az xəbər verir ki, milli komandamız üzərində böyükhesablı qələbədən sonra müsahibə verən meydan sahibi komandanın baş məşqçisi Yanne Andersson aparıcı Boyan Corciçlə dava edib.
Jurnalist 63 yaşlı mütəxəssisə 4-cü qolun müəllifi Yesper Karlssona az oyun şansı verməsini irad tutub. Bundan əsəbləşən Andersson müxbirə sərt reaksiya verib, azmış kimi, onun üzərinə hücum edib.