Əməkdar məşqçi bədbəxt hadisə nəticəsində həlak olub - FOTO
Cüdo üzrə Azərbaycanın Əməkdar məşqçisi Füzuli Bağırov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Mediasport.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.
Moped idarə edən 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov 41-ci məhəllə adlanan ərazidə beton maneəyə çırpılıb.
Ağır xəsarətlər alan məşqçi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Sumqayıtda cüdo məşqçiliyi edən mərhum dünya və Avropa mükafatçısı olub.