Azərbaycanda futbolçuları aparan avtobus İsmayıllı-Muğanlı yolunda "Şaqman"la toqquşdu, yaralılar var

Azərbaycanda futbolçuları aparan avtobus İsmayıllı-Muğanlı yolunda "Şaqman"la toqquşdu, yaralılar var

I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedən "Mingəçevir" komandasının avtobusu qəzaya düşüb.

mediasport.az xəbər verir ki, İsmayıllı-Muğanlı yolunda qeydə alınan hadisədə içi dolu avtobus yük avtomobili "Şaqman"la toqquşub.

Futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

Peşəkar Futbol Liqası qəza səbəbindən oyunu təxirə salıb.