Əmisi oğlunu bıçaqlayan milli üzvü qaçaq yolla 1 tondan çox kokain daşıyan qruplaşmanın üzvü çıxdı
2020-ci ildə əmisi oğlunu bıçaqladığı üçün 2023-cü ildə ilyarımlıq həbs cəzasına məhkum edilən Niderland milli komandasının sabiq futbolçusu Kvinsi Promesin cəzasının üstünə daha 6 il əlavə edilib.
Mediasport.az xəbər verir ki, budəfəki cəza ona qaçaqmalçılıqda ittihamının təsdiqlənməsindən dolayı verilib.
31 yaşlı yarımmüdafiəçinin narkotik vasitələrin daşınmasını həyata keçirən cinayətkar şəbəkənin üzvü olduğu sübuta yetirilib.
İttihama əsasən, Promes 1370 kq kokainin qaçaqmalçılıqla daşınmasında iştirak edib.
Qeyd edək ki, o, 2014-2021-ci illərdə əsas yığmada 50 oyun keçirib, 7 qol vurub.
"Tvente", "Ayaks", "Sevilya" və "Spartak" (Moskva) kimi klublarda forma geyinib.