Azərbaycan yığması Rusiyada dünya çempionatının qalibi olub

Azərbaycan yığması Rusiyada dünya çempionatının qalibi olub

Azərbaycan yığması Rusiyanın paytaxtı Moskva şəhərində təşkil edilən güc idman növləri üzrə dünya çempionatının qalibi olub.

Mediasport.az xəbər verir ki, 8 ölkə arasında keçirilən və ümumilikdə 400 idmançının iştirak etdiyi çempionatda Azərbaycanı 4 idmançı təmsil edib.

Tural Orucov (100 kiloqram) üç fərqli növ (WPC/AWPC/WPSO versiyaları) üzrə 2 qızıl və 1 bürünc medal qazanıb.

Camal Əhmədzadə (110 kiloqram) kəmər və qızıl medala yiyələnib.

Sadiq Musayev isə 82 kiloqram çəki dərəcəsində iki fərqli növ üzrə birinci və üçüncü yerlərə layiq görülüb.