Azərbaycanda bu federasiyanın baş katibi istefaya göndərildi - RƏSMİ
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.
mediasport.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.
İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.
Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.