Voleybol Federasiyasının rəsmisi ÇL-dakı qarşılaşmaya təyinat aldı
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Mediasport.az xəbər verir ki, federasiya rəsmisi kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci raundunda "Olimpiakos" (Yunanıstan) və "Strumika" (MKD) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
24 sentyabrda Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri slovakiyalı İqor Porvazniklə polşalı Pavel Burkieviçdir.