EEVZA: Ardıcıl 3 oyun məğlub olan millimiz Litva ilə qarşılaşacaq
Bu gün 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, yığmamız bu dəfə Litva ilə qarşılaşacaq.
Milli komandamız əvvəlki üç matçda Estoniya, Latviya və Ukraynaya 0:3 hesabı ilə məğlub olub. Onlar sabah son matçı yanvarın 7-də Polşa ilə keçirəcəklər.
Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.