Azərbaycanın bu klubu daha iki futbolçusu ilə yollarını ayırıb

Azərbaycanın bu klubu daha iki futbolçusu ilə yollarını ayırıb

Qlş fasiləsi başlayan kimi heyətdə köklü dəyişikliklər edən 1-ci Liqa klubu "Difai Ağsu" daha iki futbolçusu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, komandanı tərk edənlər sırasına hücumçu Bəhlul Əliyev və müdafiəçi Bayram Paşayev də qoşulub.

Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ağsu təmsilçisi daha əvvəl Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Elçin Əliyev, Mehdi Əliyev, Fuad Məmmədzadə, Tural Əmirhüseynov, Hacı Rüstəmov və Amil Cabbarlı ilə vidalaşmışdı.