Çempion "Şamaxı" ilkə imza atıb

Çempion "Şamaxı" ilkə imza atıb

Futbol üzrə Azərbaycan 1-ci Liqasında çempion müəyyənləşib.

Mediasport.az xəbər verir ki, “Şamaxı” tarixində ilk dəfə aşağı dəstənin qalibi olub.

Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda sonuncu – XXVII turda qızıl medalı rəsmiləşdirib.

Şamaxının eyniadlı təmsilçisi evdə “Araz Saatlı”ya qalib gəlib - 3:1. Bununla da xal hesabını 57-yə çatdıran bölgə təmsilçisi 1-ci yeri tutub.

“Şamaxı” müxtəlif illərdə I dəstə və I divizion adlanan 1-ci Liqada çempionluq yaşayan 26-cı komandadır.

Onlardan 5-i - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” iki, digər 21-i hərəyə 1 dəfə çempion olub.

1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb.

1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.


1-ci Liqanın qalibləri

1992. ANS Pivani (Bakı)

1993. "Xəzri" (Buzovna)

1993/94. "Azneftyağ" (Bakı) və "Zabrat"

1994/95. "Şəmkir"

1995/96. "Xəzər" (Sumqayıt)

1996/97. "Göyçay"

1999/2000. "Şahdağ" (Quba)

2000/01. MOİK (Bakı)

2001/02. "Lokomotiv" (İmişli)

2003/04. "Gənclərbirliyi" (Sumqayıt)

2004/05. "Şüvəlan" (Bakı)

2005/06. "Qəbələ"

2006/07. "Masallı"

2007/08. "Bakılı"

2008/09. ABN (Bərdə)

2009/10. "Kəpəz" (Gəncə)

2010/11. "Abşeron" (Bakı)

2011/12. "Qaradağ Lökbatan" (Bakı)

2012/13. "Ağsu"

2013/14. "Araz Naxçıvan"

2014/15. "Neftçala"

2015/16. "Neftçala"

2016/17. "Turan Tovuz"

2017/18. "Xəzər" (Bakı)

2018/19. MOİK (Bakı)

2019/20. "Turan Tovuz"

2020/21. "Neftçi-2" (Bakı)

2021/22. "Qaradağ Lökbatan" (Bakı)

2022/23. "Araz Naxçıvan"

2023/24. "Şamaxı"