Cavid Hüseynov Premyer Liqada: "Cəbrayıl"dan ayrıldı - RƏSMİ
Cavid Hüseynov 1-ci Liqaya yüksələn "Cəbrayıl"ın baş məşqçisi postundan ayrılığı rəsmiləşib.
Bu barədə klubun sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.
36 yaşlı mütəxəssis bir neçə gün öncə xəbər verdiyimiz kimi, fəaliyyətini Azərbaycan Premyer Liqasında davam etdirəcək:
"Cəbrayıl" üçün böyük işlər görmüş məşqçi təcrübə toplamaq və karyerasında yeni səhifə açmaq üçün fəaliyyətini Premyer Liqada davam etdirəcək. Ona uğurlar arzulayır və qarşısına qoyduğu məqsədlərə tezliklə çatacağına inanırıq. Təşəkkürlər, Cavid!".
Xatırladaq ki, Mediasport.az bir həftə əvvəl onun "Turan Tovuz"da çalışacağını yazıb. Gənc mütəxəssis yeni baş məşqçi Qurban Berdıyevin köməkçilərindən biri olacaq.