Azərbaycanın daha bir idmançısı "Paris-2024"ə lisenziya qazandı

Azərbaycanın daha bir idmançısı "Paris-2024"ə lisenziya qazandı

Azərbaycanı Paris-2024 Paralimpiya Oyunlarında təmsil edəcək daha bir idmançı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, pauerliftinq üzrə millimizin üzvü Ceyhun Mahmudov (54 kq) Paris-2024 Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançıya Beynəlxaq Paralimpiya Komitəsindən paralimpiadada iştirak hüququ (“Bipartite”) verilib.