"Azersun"un rəqibləri müəyyənləşib

"Azersun"un rəqibləri müəyyənləşib

Minifutbol üzrə EMF “Euro Business Cup” turnirində iştirak edəcək "Azersun"un rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz A qrupunda Rumıniya, Türkiyə və Slovakiya klubları ilə mübarizə aparacaq.

“Azersun” hazırkı rəqiblərindən Slovakiyanın “Nike” komandası ilə ötən il də turnirin qrup mərhələsində rəqib olub.

O vaxt komandamız 7:1 hesablı qələbə qazanıb.