DÇ-nin ilk finalçısı məlumdur
Qadın voleybolçular arasında Polşa və Niderlandda keçirilən Dünya çempionatında ilk finalçı müəyyənləşib.
mediasport.az xəbər verir ki, Serbiya milli komandası yarımfinalda ABŞ-ı 3:1 (25:21, 25:20, 17:25, 25:23) hesabı ilə məğlub edərək adını həlledici görüşə yazdırıb.
Qarşılaşmanın ən məhsuldar oyunçusu komandasına 33 xal qazandıran serbiyalı Tiyana Boşkoviç olub. Amerikalıların heyətində isə ən yaxşı voleybolçu kimi 18 xalla Kelsi Robinson fərqlənib.
Digər yarımfinal görüşü oktyabrın 13-də İtaliya və Braziliya milliləri arasında olacaq. 3-cü yer uğrunda və final görüşləri isə oktyabrın 15-də keçiriləcək.