Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinin cütləri məlumdur

Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinin cütləri məlumdur

Kişi voleybolçular arasında Yüksək Liqanın ilkin mərhələsi başa çatıb.

Mediasport.az xəbər verir ki, beləliklə, pley-offun cütləri məlum olub.

Çempionatı 1-ci pillədə başa vuran “Azərreyl” sonuncu yeri tutan MOİK-lə qarşılaşacaq.

Digər cütdə “Murov Az Terminal”la “Neftçi” üz-üzə gələcək.

Oyunlar 2 qələbəyədək davam edəcək.

Əgər komandalar hərəyə bir qələbə qazanarsa, cütün taleyi “qızıl set”də müəyyənləşəcək.