Azərbaycan millisinin gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisinin gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Mediasport.az xəbər verir ki, idmançımız batut gimnastikası üzrə yarışın həlledici mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb. Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparırlar.