Qədirov Qazaxıstana yollandı
Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Rövşən Qədirov Çimkənddə keçiriləcək beynəlxalq turnirdə ədaləti qoruyacaq.
Mediasport.az xəbər verir ki, o, Qazaxıstan Boks Federasiyasının dəvəti ilə yarışa neytral referi kimi dəvət alıb.
Qədirov buna qədər Abu-Dabidə məktəbli qız və oğlanlar arasında keçirilən Asiya çempionatına da hakim kimi qatılıb.
Bu gün start götürəcək yarış 6 oktyabra kimi davam edəcək.