Boks hakimlərimizdən unikal nəticə: 17 referidən 14-ü...

  Boks hakimlərimizdən unikal nəticə: 17 referidən 14-ü...

Azərbaycanın 14 boks hakimi 1 ulduz kateqoriyalı beynəlxalq dərəcəyə yiyələnib.

Mediasport.az xəbər verir ki, "Böyük İpək Yolu" çərçivəsində sınaqda iştirak edən 17 hakimdən 14-ü Beynəlxalq Boks Assosiasiyasından (İBA) müsbət cavab alıb.

Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib.

Bir ölkənin 14 ədalət təmsilçisinin dərəcə alması dünyada ilklərdəndir.