"Neftçi ilə yığma komandamızın qrupları və oyunları müəyyənləşdi

"Neftçi ilə yığma komandamızın qrupları və oyunları müəyyənləşdi

Azərbaycan millisinin və “Neftçi”nin 3x3 basketbolu üzrə Dünya Qadınlar Seriyasının Macarıstanın Debresen şəhərində təşkil olunacaq mərhələsində qrupları və oyun təqvimləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, avqustun 27-28-də 12 komandanın iştirakı ilə seriyanın 20-ci mərhələsi baş tutacaq.

Qadın millimiz D qrupunda "Düsseldorf Zoos" (Almaniya) və "Qyor" (Macarıstan) klubları ilə qarşılaşacaq. “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna milliləri ilə mübarizə aparacaq.

Qadın millimiz qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40-da "Düsseldorf Zoos" klubuna qarşı keçirəcək. “Neftçi” isə həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna yığmasını sınağa çəkəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.