Azərbaycanlı güləşçi Qazaxıstanda keçirilən yarışda "bürünc" qazandı

  Azərbaycanlı güləşçi Qazaxıstanda keçirilən yarışda "bürünc" qazandı

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. 

Mediasport.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın bir neçə üzvü iştirak edir.

Kamran Rəcəbli (72 kq) turnirdə bürünc medal qazanıb.

Yarışda Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparır.