Xanım güləşçimiz Dünya çempionatının finalına vəsiqə qazandı

Xanım güləşçimiz Dünya çempionatının finalına vəsiqə qazandı

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 Dünya çempionatında finala yüksəlib.

mediasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda İtaliya təmsilçisi Elena Espositonu məğıub edərək adını həlledici qarşılaşmaya yazdırıbı. Beləliklə, Mirzəzadə azı gümüş medalı özü üçün təmin edib.