Azərbaycan güləşçiləri Qazaxıstan turnirində iştirak edəcəklər
Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə "Oil Capital Cup" turniri keçiriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək sərbəst güləşçilərin adları açıqlanıb.
Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.
Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.
Sabah start götürəcək yarış 20 sentyabra qədər davam edəcək.