Dünya çempionatı: 4 güləşçi uduzdu, Səmədov finala yüksəldi
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı keçirilir.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə 5 idmançımız mübarizə aparıb.
Rahim Həsənov (55 kq) çexiyalı Filip Bartoşikə (8:0 və Səudiyyə Ərəbistanı təmsilçisi Hasan Alhartiyə (11:2) qalib gələrək yarımfinala yüksəlsə də, yarımfinala gedən yolda iranlı Abdullah Əhmədiyə uduzub (1:6).
Məhəmməd Şükürzadə (63 kq) bolqarıstanlı Xristo Valentinova (7:0) və çinli Ziyu Vanga (2:0) üzərində qələbə qazanıb və 1/4 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Erzu Zakrievə "tuş"la məğlub olub.
Davud Məmmədov (77 kq) təsnifat mərhələsində moldovalı Aleksandru Soloveyə (0:8) uduzub.
Cocu Səmədov (87 kq) serbiyalı Andrija Mixaloviçə (5:1), ermənistanlı Ruben Gevoryana (3:1) qalib gələrək adını yarımfinala adını yazdırıb. Cocu yarımfinalda qazaxıstanlı Temirlan Turdakini (4:2) üstələyərək finala yüksəlib.
Məzaim Mərdanov (130 kq) serbiyalı Marko Supikə qalib gəlib (2:0) və 1/4 finala yüksəlib. Amma bu raundda iranlı Əbülfəz Fatitazanqiyə (5:9) uduzub.