Azərbaycanlı hakimlər III dərəcəli beynəlxalq kateqoriya alıblar
Azərbaycan güləş hakimləri Rumıniyada uğura imzat atıblar.
Mediasport.az xəbər verir ki, bu ölkədə keçirilən imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.
Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib.
Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.
Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.