4 güləşçimiz bürünc medal qazandı, Turan finalda - Avropa çempionatı

4 güləşçimiz bürünc medal qazandı, Turan finalda - Avropa çempionatı

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının 4 üzvü Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

mediasport.az xəbər verir ki, Mahir Qurbanlı (110 kq), Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) Avropa üçüncüsü olublar.

45 kq-da yarışan Turan Daşdəmirov isə finala vəsiqə qazanmaqla azı gümüş medalı təmin edib.