Bakıda kubok qazanmış ulduz futbolçu karyerasını başa vurub

Bakıda kubok qazanmış ulduz futbolçu karyerasını başa vurub

Karyerasının çox hissəsini zədələrlə keçirmiş Belçika milli komandasının keçmiş vingeri Eden Azar karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

“Doğru zamanda “dur” deməyi bacarmalısınız. 16 illik karyeramdan və oynadığım 700-dən çox matçdan sonra peşəkar karyeramı bitirmək qərarına gəldim”, - deyə E.Azar yazıb.

Dünya futbolunun ulduzlarından sayılan Azar 2019-cu ildə "Çelsi" ilə final matçı Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasını qazanıb.

Fransa, İngiltərə və İspaniya çempionatları, həmçinin "Real"la (İspaniya) UEFA Çempionlar Liqasının qalibi 2018-ci ildə Belçika yığmasının heyətində dünya üçüncüsü olub.