Liqadan düşdülər - RƏSMİ
Almaniya Bundesliqasını tərk edəcək ilk komanda müəyyənləşib.
mediasport.az xəbər verir ki, Berlin təmsilçisi "Herta" növbəti mövsümü ikinci Bundesliqada keçirəcək.
Buna komandanın Bundesliqanın 33-cü turunda səfərdə "Bohum"la heç-heçə etməsi səbəb olub. Paytaxt futbolçularının sona 1 tur qalmış elitanı tərk edəcəkləri dəqiqləşib.
Aktivində cəmi 26 xalı olan komanda son turda “Volfsburq”a qalib gəlsə belə, liqadakı yerini qoruya bilməyəcək.
Macarıstanlı Pal Dardainin baş məşqçisi olduğu kollektiv sonuncu dəfə 2011/2012-ci illər mövsümündə Bundesliqanı tərk etmiş və bir mövsümdən sonra geri qayıtmışdı.