Amerika Kuboku ilk dəfə fərqli formatda təşkil olunacaq

Amerika Kuboku ilk dəfə fərqli formatda təşkil olunacaq

2024-cü ildə Amerika Kuboku ilk dəfə fərqli formatda təşkil olunacaq.

mediasport.az xəbər verir ki, yarış Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) regionunda keçiriləcək.

Bu barədə KONKAKAF və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) birgə məlumat yayıb.

Turnirdə 16 milli komanda mübarizə aparacaq. Bunların 10-u CONMEBOL-u, 6-sı isə KONKAKAF-ı təmsil edəcək.

Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir.