Avropada qış "transfer pəncərəsi" açılır

Avropada qış "transfer pəncərəsi" açılır

Bu gündən etibarən Avropanın TOP-5 liqalarında qış "transfer pəncərəsi" açıq elan edilib.

Mediasport.az xəbər verir ki, "Böyük beşlik" çempionatlarını təmsil edən futbol klubları 1 fevral 2024-cü ilə qədər heyətlərini gücləndirməyə çalışacaqlar.

İngiltərə Premyer Liqasında, Almaniya Bundesliqasında, Fransa Liqa 1-də bu gündən, İspaniya La Liqasında və İtaliya A Seriyasında isə sabahdan etibarən komandalar transfer çalışmalarına start verəcəklər.