Mitroviçin 1-ci olduğu siyahıda Ronaldu "5-lik"dədir - STATİSTİKA

Mitroviçin 1-ci olduğu siyahıda Ronaldu "5-lik"dədir - STATİSTİKA

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun birinci oyun gününün 10 dueli keçiriləcək.

Mediasport.az xəbər verir ki, sözügedən turnirdə bütün zamanların ən çox qol vuran futbolçuların adları müəyyənləşib.

Serbiya milli komandasının üzvü Aleksandr Mitroviç birinci sırada qərarlaşıb (14 qol).

Norveçin əsas qol ümidi Erlinq Haland 13 qolla ikinci, kosovalı Vedat Muriqi və Belçikanın forvardı Romelu Lukaku hərəyə 10 qolla 3-4-cü pillələri bölüşdürürlər. Əfsanəvi portuqaliyalı Kriştianu Ronaldu 9 qolla ilk "5-liy"i tamamlayıb.

Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün ilk 2 turundan sonra ən çox qol vuran və məhsuldar ötürmə edən oyunçularının adları məlumdur. Millimizin C Liqasının 1-ci qrupunda yer alan rəqibi İsveçin 2 futbolçusu fərqlənənlər arasındadırlar.

Ən çox qol vuran futbolçular: Benyamin Şeşko (Sloveniya, 4 qol), Aleksandr İsak (İsveç, 3 qol), Fotis İoannidis (Yunanıstan, 3 qol), Kərəm Aktürkoğlu (Türkiyə, 3 qol), Viktor Qyokereş (İsveç, 3 qol).

Ən çox məhsuldar ötürmə edən futbolçular: Anastasios Bakasetas (Yunanıstan, 3 m/ö), Camal Musiala (Almaniya, 3 m/ö), Andreas Skov Olsen (Danimarka, 2 m/ö), Donat Rudhani (Kosovo, 2 m/ö), Yohann Berq Qudmundson (İslandiya, 2 m/ö), Nuno Mendeş (Portuqaliya, 2 m/ö), Viktor Qyokereş (İsveç, 2 m/ö).