"İmişli" və "Difai" çempionatın debütantlarına uduzdu - VİDEO

"İmişli" və "Difai" çempionatın debütantlarına uduzdu - VİDEO

Azərbaycan 1-ci Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

Ötən mövsüm Azərbaycan 2-ci Liqasında çempionluq yaşayan "Baku Sportinq" turnirin iddialı kollektivlərindən "İmişli"ni səfərdə məğlub edib.

Digər debütant "Cəbrayıl" da mövsümə səfər qələbəsi ilə başlayıb.

Xatırladaq ki, birinci oyun günündə "Karvan" "Qaradağ Lökbatan"ı məğlub etmişdi (1:0).

Tura bu gün 3 matçla yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 1-ci tur


12 sentyabr

"Difai" - "Cəbrayıl" 0:1

Hakimlər: İslam Məmmədov, Mirnihat Seyidov, Orxan İbişov, Nazim Abdullayev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Şamaxı OİK stadionu.



"İmişli" - "Baku Sportinq" 1:2

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu.