MOİK Səbaildə "Cəbrayıl"la üz-üzə, "Baku Sportinq" Zaqatalaya gedir

MOİK Səbaildə "Cəbrayıl"la üz-üzə, "Baku Sportinq" Zaqatalaya gedir

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Buna qədər "Karvan" "İmişli"ni (3:2) məğlub edib, "Qaradağ Lökbatan" - "Mingəçevir" oyunu başladığı hesabla bitib (0:0).

Azərbaycan 1-ci Liqası. 5-ci tur

13:30 "Cəbrayıl" - MOİK

Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

"ASCO Arena".

14:00 "Zaqatala" - "Baku Sportinq"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Zaqatala OİK stadionu.