"Fənərbağça"da işləmiş məşqçi İmişli klubunda çalışacaq - RƏSMİ

"Fənərbağça"da işləmiş məşqçi İmişli klubunda çalışacaq - RƏSMİ

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "İmişli"də daha bir məşqçi təyinatı olub.

Mediasport.az xəbər verir ki, Zeynal Hüseynov Aran təmsilçisində çalışacaq.

Gənc mütəxəssis bugünlərdə təyin edilmiş baş məşqçi Fərid Namazovun köməkçisi olacaq.

O, məşqçilik karyerası ərzində "Zirə"nin U-17 komandası və "MOİK"də köməkçi məşqçi, daha sonra "Fenerbahçe Spor Okulları" Bakı filialında məşqçi olub.

Xatırladaq ki, B lisenziyalı mütəxəssis Azərbaycanın U-21 milli komandasının sabiq üzvü Ramal Hüseynovun kiçik qardaşıdır.