Baş nazirdən ABŞ prezidentinə cavab: "Bağışla, Co, futbol qalib gəldi"

Baş nazirdən ABŞ prezidentinə cavab: "Bağışla, Co, futbol qalib gəldi"

ABŞ prezidenti Co Baydenin milli komandasının Dünya Kubokunun 1/8 finalının Niderland yığması ilə oyunundan öncə sosial şəbəkə hesabında "Bu, sokker adlanır. İrəli, ABŞ! Siz bunu bacararsız" futbolçularına dəstək xarakterli paylaşımına matçdan sonra əks-düşərgədən cavab gəlib.

mediasport.az xəbər verir ki, Niderlandın baş naziri Mark Rutte "tvitter” hesabında “Bağışla, Co, futbol qalib gəldi" paylaşımını edərək komandasının inamlı qələbəsinə işarə vurub.

1/4 finala vəsiqə qazanan "narıncılar" ABŞ yığmasına 3:1 hesabı ilə qalib gəliblər. Onlar bu mərhələdə Argentina millisi ilə qarşılaşacaqlar.