Azərbaycan kiberidmançısı ikinci dəfə Avropa çempionu olub

Azərbaycan kiberidmançısı ikinci dəfə Avropa çempionu olub

Azərbaycan kiberidmançısı Həmid Mustafayev Avstriyanın paytaxtı Vyanada “Mortal Kombat 1” oyunu üzrə keçirilmiş “Viennality 2k23” birinciliyində qalib adını qazanıb.

Mediasport.az xəbər verir ki, final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən H. Mustafayev böyük britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adına yiyələnib.

“Mortal Kombat 1” oyununun rəsmi təqdimatı sentyabrın 14-də baş tutub. Azərbaycan təmsilçisi iki həftə ərzində məşq edərək qələbəyə nail olub.

“Cyber Athletics Azerbaijan” komandasının üzvü olan Həmid Mustafayevin qələbəsini həm canlı, həm də internet vasitəsilə 100 minə yaxın tamaşaçı izləyib.